Microsoft: Ukraynanın dövlət qurumları kiber hücuma məruz qalıb
https://azeri.sahartv.ir/news/dünya-i385150-microsoft_ukraynanın_dövlət_qurumları_kiber_hücuma_məruz_qalıb
“Microsoft” şirkəti Ukraynanın dövlət qurumlarına və təşkilatlarına məxsus onlarla kompüter sisteminin dağıdıcı zərərverici proqrama yoluxduğunu açıqlayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 17, 2022 09:32 Asia/Baku
  • Microsoft
    Microsoft

“Microsoft” şirkəti Ukraynanın dövlət qurumlarına və təşkilatlarına məxsus onlarla kompüter sisteminin dağıdıcı zərərverici proqrama yoluxduğunu açıqlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Microsoft bazar günü bir bəyanatda qeyd edib ki, cümə axşamı aşkar edilən bu zərərli proqram ransomware kimi maskalanır, lakin təcavüzkar tərəfindən aktivləşdirilərsə, yoluxmuş kompüter sistemini işlək hala gətirə və onları sıradan çıxara bilir. 

Microsoft-un məlumatəna görə, bu zərərli proqram onlarla zədələnmiş sistemdə aşkar edilib və bu rəqəm arta bilər; Təsirə məruz qalan sistemlər Ukraynada yerləşən bir neçə hökumət, qeyri-kommersiya və informasiya texnologiyaları təşkilatlarına məxsusdur. 

Microsoft-un bəyanatı elə bir halda yayımlanır ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Serhiy Demdyuk bildirib ki, Ukraynada baş verən və təhdid xarakterli mesajlarla dövlət qurumlarının internet saytlarının fəaliyyətini dayandıran hücumlar UNC1151 adlı qrup tərəfindən həyata keçirilib ki, bu da pərdə arxasında baş verən dağıdıcı hərəkətlər üçün örtükdür.