Yan 18, 2022 12:59 Asia/Baku
  • evsiz şəxslər
    evsiz şəxslər

Kaliforniyada 50 yaşından yuxarı evsiz şəxslərin sayı xəbərdarlıqedici tərzdə artıb.

SəhərAzəri-nin məlumatına əsasən, Ev kirayələrinin artması ilə Kaliforniyada 50 yaşından yuxarı evsiz şəxslərin bir çoxu öz ev-eşiyini itirib və küçədə yaşamağa məcbur olub.

Kaliforniyada evsizlərin sayı 2020-ci ilə nisbətən 20 faiz artıb.

Belə bir halda, ABŞ hökuməti ötən ilin dekabr ayında bu ölkədə milyonlarla ailəyə korona şəraitinin məziyyətlərinin aylıq ödənişinə son qoydu.

Daxili gəlir xidmətinin məlumatına görə, 36 milyona yaxın ailə və ya altmış milyona yaxın uşaq hər ay bu pulları alırdı.

Amerika siyasət və büdcə prioritetləri mərkəzi tərəfindən təqdim edilən statistikalara görə, hal-hazırda vergi kreditlərinin ödənişi olmadan bu ölkədə on milyona yaxın uşaq yoxsulluq xəttindən aşağıya süqut təhlükəsi qarşısındadır.

Yoxsulluq baxımından on milyonlarla amerikalının fəlakətli durumu, evsizlik və aclıq, eləcə də müalicə xərclərinin təmin edilməsində acizlik, dünyada ən çox inkişaf etmiş kapitalist ölkəsi olduğunu iddia edən bir ölkədəki əsaslı çatışmazlıqların nişanəsidir.