Britaniyada başgicəlləndirici enerji qiymətləri yoxsul ailələr üçün fəlakətə çevrilib
https://azeri.sahartv.ir/news/dünya-i385206-britaniyada_başgicəlləndirici_enerji_qiymətləri_yoxsul_ailələr_üçün_fəlakətə_çevrilib
Britaniyada bir analitik mərkəzi xəbərdarlıq edib ki, ölkədəki yoxsullar tezliklə gəlirlərinin yarısını enerji xərclərinə ödəməli olacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2022 09:02 Asia/Baku
  • Britaniya
    Britaniya

Britaniyada bir analitik mərkəzi xəbərdarlıq edib ki, ölkədəki yoxsullar tezliklə gəlirlərinin yarısını enerji xərclərinə ödəməli olacaqlar.

SəhərAzəri-nin məlumatına əsasən, "Gardian"ın məlumatına görə, Britaniyadakı "Joseph Rowntree" Fondu bildirib ki, Britaniya hökuməti yoxsullara kömək etməsə, yoxsul ailələr evlərini qızdırmaq və qidalarını təmin etmək arasında seçim etməli olacaqlar.

Bu xeyriyyə təşkilatının məlumatına görə, bu ilin aprelindən etibarən yəni yaxın iki ay ərzində Britaniyada enerji qiymətləri daha 40-47 faiz artacaq və bu ölkənin yoxsul ailələri yaşayış xərclərini təmin etməkdə daha çox çətinliklərlə üzləşəcəklər.

Enerji xərcləri orta təbəqədən olan Britaniya ailələrinin gəlirinin 6 faizini, aşağı gəlirli ailələrin isə 18 faizini təşkil edir.