ÜST: Sağlam insanların və uşaqların buster dozaya ehtiyacı yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i385212-Üst_sağlam_insanların_və_uşaqların_buster_dozaya_ehtiyacı_yoxdur
Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, sağlam insanların və uşaqların buster dozaya ehtiyacı yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2022 11:33 Asia/Baku
  •  buster dozaya ehtiyacı
    buster dozaya ehtiyacı

Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, sağlam insanların və uşaqların buster dozaya ehtiyacı yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, İRNA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının baş alimi Soumya Svaminathan çərşənbə axşamı bildirib ki, hazırda sağlam uşaqlar və yeniyetmələrin Covid-19 peyvəndinin gücləndirici dozalarına ehtiyacı olduğuna dair heç bir sübut yoxdur.

Svaminathan ÜST-nin immunoloqlara məsləhət vermək üçün yaradılan məsləhət qrupunun koronavirus peyvəndinin buster dozası ilə bağlı müxtəlif ölkələrin siyasətini araşdırma üçün bu həftənin sonunda görüşəcəyini söyləyib. 

Ümumdünya Səhiyyə Təşkilatının baş aliminin dediyinə görə, məqsəd ən həssas insanları, həmçinin ağır xəstəlik və ölüm riski yüksək olanları qorumaqdır. Bunlara yaşlı əhali, immuniteti zəif olan insanlar, həm də tibb işçiləri daxildir.