«Peqasus»la 30-dan çox müxbir və aparıcının mobil telefonu sındırılıb
Sionist “Haaretz” qəzeti “Peqasus” adlı sionist casus proqramı ilə Qətərin “Əl-Cəzirə” telekanalının otuzdan çox jurnalisti və aparıcısının mobil telefonunun sındırıldığını bildirib.
“Haaretz” bir məlumatda 2020-ci ildə Qətərin “Əl-Cəzirə” telekanalının otuz dörd jurnalisti və aparıcısının mobil telefonunun “Peqasus” sionist casus proqramı ilə sındırıldığını bildirib.
“Haaretz”in bu iddiasına rəğmən, belə görünür ki, bu casus proqramı vasitəsilə təhdidə məruz qalmış şəxslərin sayı otuz dörddən yuxarı olubdur.
On yeddidən çox media təşkilatının apardığı hərtərəfli təhqiqata görə, sionist “NSO” şirkəti tərəfindən hazırlanan “Peqasus” adlı casus proqramından dünya səviyyəsində yüzlərlə jurnalistin, siyasi və ictimai fəalın, həmçinin siyasətçinin mobil telefonlarından casusluq etmək üçün istifadə olunub.
“Peqasus” sionist casus proqramı indiyədək bir neçə ölkəyə, o sıradan Ərəbistana və əmirliklərə satılıb.