Yan 26, 2022 20:52 Asia/Baku
  • Kanada
    Kanada

Kanadanın Britaniya Kolumbiya əyalətinin keçmiş internat məktəbinin ərazisində daha 93 adsız məzarın tapılması fonunda bu ölkənin yerli qrupları bir daha ədalətə çağırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, "AXIOS" xəbər portalının məlumatına görə, Kanadanın yerli qruplarının liderləri çərşənbə axşamı bildiriblər ki, onlar keçmiş internat məktəbinin binası yaxınlığında daha 93 nişansız məzar tapıblar.

Keçən may ayından bəri yerli uşaqlara məxsus keçmiş internat məktəblərinin ərazilərində yüzlərlə kütləvi məzarlıq aşkar edilib. 

Bu tapıntılar internat məktəblərində 150 minə yaxın uşağın məcburi assimilyasiyası ilə bağlı Kanada hökumətindən ədalət çağırışlarını və obyektlərə aid bütün qeydlərin tam şəkildə açıqlanması tələblərini bir daha artırıb.

Məlumata əsasən, Kanadada yerli dillərin və mədəniyyətlərin təlimi qadan edilib və yerli uşaqlar ailələrindən zorla ayrılıblar.

 

Teqlər