Pekindən Ağ Ev-ə tövsiyə
-
qırıcının süqut etməsi
Pekin bir amerikan qırıcının süqut etməsinə reaksiyada Vaşinqtona tövsiyə edib ki, qüdrət nümayiş etdirmək yerinə, sülh və sabitlik ardınca olsun.
SəhərAzəri-nin məlumatına əsasən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Tsao Li Tsian ABŞ ordusunun F-35 qırıcısının Cənubi Çin dənizində süqut etməsindən sonra və Pekinin bu qırıcını müsadirə etmək təmayülü barədə verilən suala cavabda deyib ki; bizim Amerika qırıcılarına marağımız yoxdur.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bölgədə ABŞ ordusu üçün baş vermiş oxşar hadisələrə və Amerika atom sualtı qayığının başına gəlmiş hadisəyə işarə edib və belə deyib: Amerikadan istəyirik ki, qüdrət nümayiş etdirmək yerinə, regionda stabillik və sülhsevər addımlar üçün bir yol tapsın.
Üç gün bundan öncə ABŞ ordusunun bir ədəd F-35 qırıcısı Cənubi Çin dənizində «Karl Uniston» təyyarədaşıyıcısı üzərində uçarkən suyun içinə süqut etdi. Bu hadisədə qırıcının pilotu xilas edildi, gəminin ekipaj üzvlərindən yeddi nəfər isə bədən xəsarəti aldı.