İranın Moskvadakı səfiri üç gücün əməkdaşlığını Qərbin kabusu adlandırdı
Kazım Cəlali: “İran-Rusiya-Çin koalisiyası Qərb üçün çox ağrılı ola bilər”
-
Kazım Cəlali
İran İslam Respublikasının Moskvadakı səfiri üç gücün əməkdaşlığını Qərbin kabusu adlandırdı
SəhərAzəri-nin məlumatına əsasən, səfiri Kazım Cəlali Rusiyanın Şimali Osetiya bölgəsinə işgüzar səfəri zamanı jurnalistlərə deyib ki, İran, Rusiya və Çin arasında mümkün koalisiya Qərb üçün çox ağrılı olacaq.
“Təbii ki, ABŞ və ümumilikdə Qərb beynəlxalq arenada İran İslam Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikası kimi yeni koalisiyalardan narahatdır”- deyə səfir qeyd edib.
Diplomat Rusiyanı nəhəng iqtisadi, müdafiə, hərbi və texnoloji potensiala malik böyük dövlət kimi xarakterizə edib. Onun sözlərinə görə, Çin də iqtisadi artım baxımından ABŞ-ı keçməyə yaxındır.
Cəlali qeyd edib ki, İran iqtisadi cəhətdən inkişaf etmiş ölkədir və müdafiə sənayesində böyük irəliləyişlərə nail olub. Odur ki, belə bir koalisiyanın yaradılması Qərb üçün çox ağrılı olacaqdır.