Fev 02, 2022 14:45 Asia/Baku
  • ABŞ sionist
    ABŞ sionist

ABŞ hökuməti İsrail rejiminin müdafiəsinə qalxaraq onun hərəkətlərinin aparteidin bir hissəsinə bənzədilməsini sərt şəkildə tənqid edib

Amerika Birləşmiş Ştatları Beynəlxalq Amnistiya Təşkilatının İsrail ilə bağlı hesabatına kəskin reaksiya verib, onu antisemitizm kimi pisləyib və hələ hesabatın rəsmi dərcindən əvvəl onu "qeyri-dəqiq və qərəzli" adlandırıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: "Biz İsrailin hərəkətlərinin aparteidin bir hissəsi olduğuna dair fikirləri rədd edirik. Dövlət Departamentinin hesabatlarında belə bəyanatlardan heç vaxt istifadə olunmayıb".

Vaşinqtonun sionist rejimin qeyri-insani əməllərini hərtərəfli müdafiə etməsi və hətta fələstinlilərə qarşı aparteidi inkar etməsi ABŞ-İsrail münasibətlərinin mahiyyətini və Vaşinqtonun hər bir şəraitdə və qeyd-şərtsiz sionist rejimi dəstəkləmək barədə öhdəliyini göstərir.

 

Co Bayden hökumətinin insan haqları məsələlərinə xüsusi diqqət yetirdiyi deyilsə də, İsrailin fələstinlilərə qarşı qeyri-insani hərəkətlərində bu mülahizələrin heç bir vəchlə nəzərə alınmadığı aydındır.

Beynəlxalq hüquqa, xüsusən də Beynəlxalq Cinayət Məhkəməsinin təsis edildiyi Roma Əsasnaməsinə görə, aparteid insanlığa qarşı cinayətdir. Sionist İsrailin son bir neçə onillikdə, xüsusilə 1967-ci ildə işğal olunmuş ərazilərdə fələstinlilərə qarşı hərəkətləri həmişə etnik ayrı-seçkiliyə əsaslanıb və bu rejim Qərb Sahilinin böyük hissəsində ayırıcı divarlar çəkərək fələstinliləri əhatəyə almaq üçün davamlı səylər göstərib.

Bu isə o deməkdir ki, sionist rejim sistemli şəkildə fələstinlilərə qarşı ayrı-seçkilik edir və bu, işğal olunmuş ərazilərdə, o cümlədən İordan Çayının Qərb Sahilində ən kəskin şəkildə özünü göstərir.

Təbii ki, sionist rejimin fələstinlilərə qarşı qeyri-insani hərəkətləri təkcə aparteidlə məhdudlaşmır, bu rejim həm də yəhudi sakinli yaşayış məntəqələrini genişləndirmək və mümkün qədər daha çox sionisti Qərb sahilinin müxtəlif bölgələrində məskunlaşdırmaqla fələstinlilərin torpaqlarını mütəmadi olaraq ələ keçirir.

Digər tərəfdən İsrail ardıcıl olaraq Qəzzə zolağına qarşı qəddar hücumlar həyata keçirib, fələstinliləri öldürüb, onların infrastrukturunu və evlərini dağıdıb və 2007-ci ildən əhalinin sıx məskunlaşdığı Fələstin bölgəsini mühasirəyə alıb. İsrailin bu hərəkəti insanlığa qarşı cinayətin bariz nümunəsidir. Bu səbəbdən BMT İnsan Haqları Şurası da daxil olmaqla insan haqları təşkilatları və qurumlarının hesabatlarına görə, İsrail rejimi dünyada ən böyük insan haqlarını pozanlardan biridir, bununla belə ABŞ cinayətkar və aparteid rejiminə təəssübkeşlik nümayiş etdirir.

 

Teqlər