Fev 04, 2022 13:24 Asia/Baku
  • Çin və Rusiya
    Çin və Rusiya

Çin hökuməti bildirib ki, Rusiyanın xarici işlər naziri və onun çinli həmkarı Pekində keçirdikləri görüş zamanı Ukrayna, Əfqanıstan və Koreya yarımadasının vəziyyəti kimi ortaq regional məsələlər barədəki mövqelərini uyğunlaşdırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Çin xarici işlər naziri “Van İ”nin Pekində öz rus həmkarı Sergey Lavrovla görüşündən sonra Çin xarici işlər nazirliyi bir bəyanatda bildirib ki, Pekin Moskvanın ABŞ və NATO-dan istənilən təhlükəsizlik zəmanətləri haqdakı mövqeyini dərk edib və ona dəstək verir.

Lavrov Rusiya prezidenti Vladimir Putinlə yanaşı, cümə günü Pekin qış olimpiya oyunlarının açılış mərasimində iştirakdan öncə Çin prezidenti Si Tsin Pinlə görüşəcək.

Təqribən iki ay bundan öncədən ABŞ mediaları Ukraynanın mərkəzində yüz min rus hərbçinin yerləşdirilməsinə işarə ilə Rusiyanın cari milad ilinin əvvəllərində Ukraynaya hücum ehtimalı haqda təbliğat kampaniyasına başladı və Şərqi Avropada gərginliyin kəskinləşməsinə bais oldular.

Teqlər