İrana qarşı çəkindirici qüvvəni itirmişik
-
Makkonnell
ABŞ senatında respublikaçılar partiyasının lideri etiraf edibdir ki, Amerika İrana qarşı çəkindirici qüvvəni itirib.
SəhərAzəri-nin məlumatına əsasən, Mitç Makkonnell rəqib partiyanın siyasətçilərini Tehran üzərindəki təzyiqləri artırmağa çağırıb.
Makkonnell deyib: Demokratların İrana qarşı təzyiqləri artırmaları və bu ölkəyə qətiyyətli cavab vermələri üçün gec deyil. İranın himayəsi altında olan qüvvələrin regiondakı amerikalı qüvvələr əleyhinə hücumlarına qətiyyətli cavabın verilməməsi, bizim çəkindirici qüvvəmizi aradan götürüb və amerikan personala qarşı təhlükələri, duyulacaq tərzdə artırıbdır.
Makkonnell Amerikanın sabiq prezidenti Donald Trampın siyasətlərini, o cümlədən İran qarşısındakı siyasətərini müdafiə edən respublikaçılardan biridir. O, Donald Trampın yaxınları dairəsindən olan digər bir qrup kimi bu qənaətdə idi ki, nüvə anlaşmasından çıxmaq və İrana qarşı daha çox təzyiq, bu ölkəni, bir zaman “daha yaxşı və daha uzun razılaşma” adlandırılan müzakirə masasına çəkib gətirə bilər.