İran Yaxın Şərqdə bizə qarşı əsas təhdiddir
-
Makkenzi
SENTKOM(SENTCOM) terrorçularının başçısı İranı Qərbi Asiyada Amerikaya qarşı əsas təhdid adlandırıb və iddia edib ki, Sentkom-un tapşırığı, İranın onlara ziyanvurma əməliyyatlarının qarşısını almaqdır.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika Mərkəzi Komandanlıq Qərargahı- SENTKOM adlı terrorçu təşkilatın rəisi Kennet Makkenzi İran İslam Respublikasına qarşı əsassız və çeynənmiş iddiları təkrar edib.
Makkenzi cümə axşamı günü axşamçağı “Yaxın Şərq araşdırma mərkəzi”ndəki çıxışı zamanı belə iddia edib: İran Yaxın Şərqdə SENTKOM-un və bizim təmərküzləşmə mərkəzimiz qarşısında duran əsas təhdiddir. Amerika və İran daimi çəkindiricilik vəziyyətində qalmaqda davam edirlər və Tehran Amerikanı bir addım atmağa məcbur etməyə çalışır.
ABŞ medialarının yazdıqlarına görə, Makkenzi İraqda İranın himayə etdiyi yarımhərbçi qrupların nəzarətdən çıxmaları iddiası ilə əlavə edib: Biz İranı Yaxın Şərqin təhlükəsizliyi və sabitliyinin zəifləməsinə bais olacaq hər hansı şər əməliyyat keçirməkdən çəkindirmək tapşırığına malikik.
SENTKOM terrorçularının başçısı Yəmən savaşı barədə də səud-əmirliklər koalisiyasının Yəmənin müdafiəsiz xalqına qarşı vəhşicəsinə hücumlarına toxunmadan belə iddia edib: İranın husilərə dəstək verməsi, Yəməndəki müharibənin uzanmasının əsas dəlilidir. Husilər İranın göndərdiyi silahlardan heç bir mülahizə etmədən istifadə edirlər.