Fev 06, 2022 19:08 Asia/Baku
  • Kanada
    Kanada

Kanadada bu ölkə hökuməti tərəfindən tətbiq edilmiş korona məhdudiyyətlərinə qarşı aksiya keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən,  Kanadanın müxtəlif şəhərlərində keçirilən bu aksiyalarda etirazçılar küçələrdə tıxac yaradıblar.

Etirazçılar ötən səkkiz gün ərzində də Kanadanın paytaxtı Ottava şəhərinin mərkəzini tıxac halına gətirmişdilər.

Bundan öncə minlərlə yük maşını Ottava şəhərinin mərkəzini bir neçə gün müddətinə bağlamışdı.

Teqlər