ABŞ qoşunları Polşaya daxil olub
-
ABŞ
"Röyters" xəbər agentliyi ilk Amerika qoşunlarının Polşanın Ukrayna ilə sərhədə yaxın ərazisinə daxil olduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Qərb ölkələrində Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı fərziyyələrin davam etməsi ilə eyni zamanda "Röyters" xəbər agentliyi ilk Amerika qoşunlarının ilk Amerika qoşunlarının Ukrayna ilə sərhədə yaxın Polşa ərazisinə eniş etdiyini bildirib.
ABŞ prezidenti Co Bayden daha əvvəl Şərqi Avropada müttəfiqlərini gücləndirəcəyini və Pentaqonun minlərlə ABŞ əsgərini Polşa, Rumıniya və Almaniyaya göndərmək planını açıqlamışdı.
Rusiya Ukraynaya hücumla bağlı Qərb rəsmilərinin iddialarını rədd edərək, bunu ABŞ və NATO-nun Şərqi Avropada militarizmi gücləndirmək səylərinin bir hissəsi adlandırıb.
Məlumata əsasən, Pentaqon bildirib ki, əsasən 82-ci Hava Desant Diviziyasından olan 1700-ə yaxın hərbçi Şimali Karolina ştatının Fort Braqq şəhərindən Polşaya göndəriləcək.