Minneapolisdə ABŞ polisinin irqçiliyinə qarşı etiraz aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i385805-minneapolisdə_abŞ_polisinin_irqçiliyinə_qarşı_etiraz_aksiyası
ABŞ-ın Minneapolis şəhərində məktəblilər təhlükəsizlik qüvvələrinin qaradərililərə qarşı zorakılıq və ayrı-seçkilik rəftarına etiraz ediblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 09, 2022 08:29 Asia/Baku
  • Minneapolis
    Minneapolis

ABŞ-ın Minneapolis şəhərində məktəblilər təhlükəsizlik qüvvələrinin qaradərililərə qarşı zorakılıq və ayrı-seçkilik rəftarına etiraz ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, İRİB-in məlumatına görə, ABŞ-ın Minneapolis şəhərində 22 yaşlı qaradərili gəncin polis zabiti tərəfindən öldürülməsi fonunda məktəblilər təhlükəsizlik qüvvələrinin qaradərililərə qarşı zorakılıq və ayrı-seçkilik rəftarına etiraz ediblər.

Çərşənbə axşamı keçirilən bu aksiyada şagirdlər əllərində plakatlar tutaraq, polis zorakılığını qınayıblar. 

Minneapolis və Seynt Paul şəhərlərində bir sıra məktəblərdə şagirdlər dərslərini dayandıraraq, polisin "Amir Lokk"a ölüncül atəş açmasına etiraz ediblər.

 Aksiyanı "Minnesota Yeniyetmə Aktivist Qrupu" təşkil edib və ştatdakı bütün şagirdləri etiraz hərəkatına qoşulmağa çağırıb.

Nümayişçilər ədalətin bərqərar olması və 22 yaşlı Amir Lokkun qətlinin səbəbkarı və ya səbəbkarlarının mühakimə olunmasını tələb ediblər.  Onlar həmçinin polis və təhlükəsizlik qüvvələrinin vətəndaşların mülklərinə və evlərinə xəbərdar etmədən girişinin həmişəlik qadağan edilməsini istəyiblər.