Hindistanlı müsəlman tələbənin öz hicabını müdafiə etməsi böyük diqqət çəkib
Hindistanlı müsəlman tələbə qız bu ölkənin Karnataka əyalətinin Udopi şəhərində onlarla ifratçı hindu qarşısında böyük qeyrət və cəsarət nümayiş etdirərək öz hicabını müdafiə edib
SəhərAzəri-nin məlumatına əsasən, Udopi kiçik müsəlman azlığa malik olan ifratçı hinduların əsas şəhərlərindən biri sayılır. Karnataka əyalətinin yerli hakimiyyəti bu əyalətdə təhsil mərkəzlərinə hicablı girişə qadağa qoysa da az saylı müsəlman qızlar öz hicablarından vaz keçmirlər. Müsəlman qız tələbələrin bu mübarizəsi ifratçıların təhlükəli münasibətlərini nəzərə alaraq Hindistan müsəlmanları tərəfindən yüküək qiymətləndirilir. Hindistan müsəlman alimləri cəmiyyətinin rəhbəri Mövlana Mahmud Mədəni Udopi şəhərində ifratçı hinduların yaratdıqları təhlükəli atmosferdə öz hicabını müdafiə edən qız tələbəni göstərdiyi cəsarət və qeyrətə görə 500 min rupiye məbləğində mükafatlandırıb.