22 bəhmən yürüşü xarici medialarda
https://azeri.sahartv.ir/news/dünya-i385875-22_bəhmən_yürüşü_xarici_medialarda
Dünya mediaları İran xalqının 22 bəhmən yürüşündəki iştirakını geniş şəkildə diqqət mərkəzinə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2022 13:42 Asia/Baku
  • 22 bəhmən yürüşü xarici medialarda

Dünya mediaları İran xalqının 22 bəhmən yürüşündəki iştirakını geniş şəkildə diqqət mərkəzinə alıblar.

SəhərAzəri-nin məlumatına əsasən, “ABC Nyus” telekanalının vebsaytı bir reportajda yazıb ki, iranlılar korona pandemiyası barədə olan nigarançılıqlar arasında İslam İnqilabının qələbəsinin 43-cü ildönümünü bayram edirlər.

Avro Nyus, Assoşieyted-Press, Əlitticah, Əlminar, Əlməyadin və “Əlcəzirə Mubaşir” telekanalları İslam İnqilabının 43-cü ildönümü ilə bağlı şənlik mərasimindən təsvirlər yaymaqla bu mərasimi işıqlandırıblar.