Kanadada anti-korona etirazları genişlənməkdə davam edir
Kanadanın paytaxtı Ottavanı iflic etmiş anti-korona etirazları bir daha bu ölkənin digər şəhərlərinə çəkilib.
SəhərAzəri-nin məlumatına əsasən, Vaksinasiyanın icbariləşdirilməsi və korona məhdudiyyətlərinə qarşı çıxan kanadalı yük maşınlarının sahibləri və etirazçılar şənbə günü bir daha Kanada ilə ABŞ arasında yerləşən Səfir sərhəd körpüsündə, Ottavada və Kanadanın digər şəhərlərində aksiya keçiriblər.
Kanadada minlərlə etirazçı bu ölkənin baş naziri Castin Trüdonun siyasətlərinə və korona məhdudiyyətlərinə qarşı şüarlar verib, bu məhdudiyyətlərin durdurulmasını tələb edibdir.
Vaksinasiyanın icbariləşdirilməsi və korona məhdudiyyətlərinə etirazlar azı on gün bundan öncədən Ottavada başlayıb və Kanadanın bir çox digər əyalətlərinə çatıbdır.
Kanadada səhiyyə rəsmilərinin təkrar təkidləri, həmçinin tibb kadrının ardıcıl tövsiyələrinə rəğmən, bu ölkənin bir çox vətəndaşı vaksin vurdurmaqdan çəkinir.