ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır
https://azeri.sahartv.ir/news/dünya-i385912-abŞ_və_britaniyanın_hərəkətləri_ən_təmiz_formada_müharibə_təbliğatıdır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 14, 2022 06:21 Asia/Baku
  • ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ və Britaniyanın hərəkətləri ən təmiz formada müharibə təbliğatıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Mariya Zaxarova deyib: "Bu təbliğat Baş Assambleyada qəbul edilmiş Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktla qadağandır. 20-ci sənədin birinci bəndinin maddəsində deyilir: “Bütün müharibə təbliğatı qanunla qadağan edilməlidir”.

O qeyd edib ki, soyuq müharibə dövründə qəbul edilmiş paktın vəzifəsi yalnız insan hüquqlarını qorumaq deyil, həm də bəşəriyyəti NATO ölkələrinin hərbi ritorikasının itələdiyi uçurumdan uzaqlaşdırmaq idi:

"Birləşmiş Ştatlar və Britaniya yarım əsrdir ki, saxladıqları vasitəni zibilxanalarından çıxarıblar. CNN, "Blumberq", Britaniya tabloidləri, media holdinqləri vasitəsilə idarə olunan isteriyaya dəstək verirlər. Öz ölkələrində ictimai rəyə təsir göstərirlər", - deyə Mariya Zaxarova vurğulayıb.