Avropadan bəşəriyyətə qarşı digər bir cinayət
Milyonlarla ton buğdanın dənizə töküldüyünü eşitmişdik, indi isə milyonlarla doza korona vaksininin kənara atılmasını eşidirik- Avropadan bəşəriyyətə qarşı digər bir cinayət.
Avropanın bəşəriyyətə qarşı bu aşkar cinayətinin formalaşmasının fonunda qeyd edək ki, indiyədək Afrika qitəsinin ümumi əhalisinin təkcə on bir faizi vaksinin iki dozasını vurdurub. Bunun əvəzində zəngin ölkələr öz xalqlarının sayından üç-dörd dəfə çox korona vaksini ehtiyat ediblər.
Avropa Birliyi 55 milyon doza vaksini məhv etməyə hazırlaşır. Yoxsulluq və Ədalətsizliklə Mübarizə üzrə Beynəlxalq Təşkilat- OKSFAM xəbərdarlıq etməklə bu şok xəbərə nəzər salıb.
Təəssüflə, cari milad ayının sonunadək Avropa Birliyinin anbarlarında mövcud olan onlarla milyon doza vaksin istehlak müddətinin keçməsinə görə, məhv ediləcək.
Brüsseldə Afrika və Avropa başçılarının sammiti ərəfəsində onlarla milyon doza vaksinin tullanması ümumi fikir üçün bir çox sual doğurub.
Hal-hazırda Avropa Birliyi zəngin ölkələrə baha qiymətə vaksin satışını ön plana çəkib və istehsal etdiyi vaksinin təkcə səkkiz faizini iri Afrika qitəsinə ayırıbdır.
Yoxsul Afrika ölkələrində virusun yayılması, məhdudiyyətlər və vaksin çatışmazlığı ilə Avropa ölkələri üçün potensial bir təhlükə sayılır, çünki bundan da təhlükəli bir virusun qayıdışı ilə müşayiət olunacaq.
Avropa, ölkələrin korona ilə mübarizə apardıqları bu iki ildə dəfələrlə Afrika qitəsində peyvənd istehsalı təklifini rədd edib və indi aşkar bir xəyanətdə cari milad ilinin sonunadək Afrikaya göndərəcəyini vəd etdiyi milyonlarla doza vaksini məhv etmək istəyir. İndiyədək Afrika qitəsində yüz minlərlə nəfər korona vaksininin gəlib çatmaması səbəbindən həyatını itiribdir.