Ukraynanın bir kəşfiyyat PUA-sı vurulub
Fev 20, 2022 12:31 Asia/Baku
-
PUA
Rusiyanın ikinci dövlət telekanalı münaqişəli Donbas bölgəsində Ukraynanın bir kəşfiyyat PUA-nın vurulduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Telekanal bu gün səhər saatlarında Ukrayna pilotsuzu ilə bağlı fraqmentlər yayıb. Bu fraqmentlərdə yarımhərbçilərin PUA-nı demək olar ki, salamat şəkildə yerə endirdikləri görünür.
Qondarma Luqansk Respublikasının polis rəsmisi bununla bağlı bildirib ki, Ukrayna PUA-sı Luqansk rayonunda uçarkən yerli qüvvələrin əlinə keçib.
Deyilənlərə görə, təqribən metr yarımlıq PUA, Donbas bölgəsində altmış kilometrlik uçuş edibdir.