Mart 01, 2022 13:56 Asia/Baku
  •  Ukraynanın Xarkov şəhərinə növbəti aviasiya zərbəsi endirilib

Ukrayna KİV-i xəbər verir ki, bu səhər şəhərin mərkəzində yerləşən Azadlıq meydanına, bələdiyyə binasının yaxınlığına aviasiya bombası ilə zərbə endirilib.

Böyük dağıntılara səbəb olan zərbə zamanı ölən və yaralananların sayı barədə məlumat verilməyib.

Ukrayna Müdafiə Nazirliyi də bir bəyanatda Rusiya ordusunun hücumları ilə bağlı yeni məlumat yayıb. 

Nazirlik martın 1-də səhər saatlarında rusların ağır silahlarla yenidən hücuma keçdiyini açıqlayıb.

 Məlumatda Rusiya qoşunlarının şimal-şərq istiqamətindən paytaxta doğru irəliləməsindən xəbər verilir. Qeyd olunur ki, rus hərbçilərinin qarşısının alınması üçün Siversski rayonunda müdafiə döyüşləri davam edir.

 

 

 

Teqlər