Mart 01, 2022 19:47 Asia/Baku
  • Rusiya hərbi əməliyyatları davam etdirəcəyini bildirib

“Rusiya ordusu Ukraynada qarşısına qoyulan məqsədə çatanadək xüsusi əməliyyatları davam etdirəcək”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

SəhərAzəri-nin məlumatına əsasən Sergey Şoyqu deyib:“Bizim əsas tapşırığımız Rusiyanı Qərbin hərbi təhlükəsindən qorumaqdır. Rusiya Silahlı Qüvvələrinin qruplaşmaları qarşıya qoyulan məqsədə çatanadək xüsusi hərbi əməliyyatları davam etdirəcək”.

Sergey Şoyqu qeyd edib ki, bu əməliyyat Donbas əhalisinin qorunması, Ukraynanın demilitarizasiyası (silahsızlaşdırılma) və denasifikasiyalaşmasınadək (milliyyətsizləşmə) keçiriləcək: “Bizim əsas məqsədimiz Rusiyanı Qərb dövlətlərinin yaratdığı hərbi təhlükədən qorumaqdır. Rusiya ordusu Ukrayna ərazisini işğal etmir, dinc sakinlərin həyatını və təhlükəsizliyini qorumaq üçün bütün tədbirləri görür. Qeyd etmək istəyirəm ki, zərbələr yalnız hərbi obyektlərə və yüksək dəqiq silahlarla endirilir”.

 

Teqlər