«Ayova» qasırğası ABŞ-da 7 nəfəri qurban etdi
Mart 06, 2022 22:53 Asia/Baku
-
«Ayova»
Saatda iki yüz on yeddi kilometr sürətə malik olan «Ayova» qasırğası ABŞ-ın Ayova ştatını bürüyüb. Qasırğa azı yeddi nəfərin həyatına son qoyub.
SəhərAzəri-nin məlumatına əsasən, Ayova ştatının rəsmiləri bazar gününün səhər saatlarında bildiriblər ki, bir gün əvvəl həlak olanlar arasında iki uşaq da olubdur.