Mart 08, 2022 12:45 Asia/Baku
  •  Çjan Tszyun
    Çjan Tszyun

Çin nümayəndəsi BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyaya qarşı birtərəfli sanksiyalar nəticəsində beynəlxalq təhlükəsizliyə və sülhə yönələn təhdidlərdən narahat olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Çinin BMT-dəki nümayəndəsi Çjan Tszyun Ukraynaya silah göndərilməsinin bu ölkədəki durumun daha da ağırlaşmasına bais olacağını bildirib.

Tszyun deyib: Biz hələ də Ukraynadakı vəziyyətdən narahatıq. Mülki əhali arasında tələfatın artmasından dərin təəssüf ifadə edirik. Biz maksimum dərəcədə təmkinli olmağa çağırırıq. Müharibəyə son qoyulmasını, mülki əhalinin həyatının, əmlakların qorunmasına əmin olmağı, insanların ilkin tələbatlarının təmin edilməsi sahəsində diplomatik səylərin artırılmasını tələb edirik.

Çinin BMT-dəki daimi nümayəndəsi əlavə edib: Ukraynanın vəziyyəti mürəkkəb amillər kompleksi ucbatından daha da pisləşib. Dolaşıq məsələləri həll etmək üçün oda odun atmaq əvəzinə, sakitliyə və aqilliyə ehtiyac var. Ukraynadakı böhranın aradan qaldırılması üçün BMT Nizamnaməsinin prinsip və məqsədlərinə sadiq qalmaq, ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmaq, təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əməl etmək, tərəflərin aqilanə təhlükəsizlik nigarançılıqlarını cavablandırmaq gərəkdir. Dialoqa müraciət və böhran üçün dinc həll yollarının tapılması zəruridir.

Çjan Tszyun Çinin gərginliyi azaltmağa və siyasi kompromisə nail olmağa kömək edəcək hər hansı bir addımı dəstəklədiyini vurğuladığını bildirib: Biz birtərəfli sanksiyalardan dərindən narahatıq. Sanksiyalar bu böhranın həlli üçün təsirli vasitə deyil, əksinə bu, insanlarla bağlı fəlakətli nəticələrə gətirib çıxaracaq. Ukraynaya silah və muzdluların göndərilməsi vəziyyətin daha da ağırlaşmasına səbəb olub, daha çox və daha ciddi təhlükələr yarada bilər. Çin sülhün bərqərarına dəstəyi və yardımını davam etdirəcək. Biz Rusiya və Ukraynanı birbaşa danışıqları davam etdirməyə çağırırıq və ümid edirik ki, onların müzakirələri sülhə gətirib çıxaracaq.

 

Teqlər