Mart 08, 2022 12:52 Asia/Baku
  • Benyamin Netanyahu
    Benyamin Netanyahu

Sionist rejimin keçmiş baş naziri bu rejimin hazırkı hökumətinin Vyanada sanksiyaların götürülməsi müzakirələri qarşısındakı münasibətini kəskin şəkildə tənqid edib. O, sözlərinin bir hissəsində deyib ki, iranlılar müzakirələr masasında şir kimi döyüşürlər.

SəhərAzəri-nin məlumatına əsasən, Benyamin Netanyahu Likud partiyasının iclasında Vyana müzakirələri barədə susduğuna görə, Naftali Bennet və Beni Qantsın dövri hökumətini kəskin ifadə tərzi ilə tənqid edib.

O, deyib: Bennet-Qants-Lapid hökumətində yalnız zəiflik var; zəiflik və yalnız zəiflik.

Sionist rejimin hazırkı hökumətinin Rusiya ilə Ukrayna arasında vasitəçilik üzrə səylərinə işarə edən Netanyahu deyib ki, İranın nüvə anlaşması, hökumətin öz diqqətini/ üzərində təmərküzləşdirməli olduğu bir məsələdir.

Netanyahu deyib ki, sionist rejimin/ bir neçə dövlət səviyyəli bəyanatı ististna olmaqla, bu günlərdəki sükutu bu rejimin işğal olunmuş Fələstindəki üzdəniraq dostlarının da İranla anlaşma ilə müxalifətlərini bildirməmələrinə bais olubdur.

Netanyahu bildirib ki, onun 2015-ci ildəki dırnaqarası güclü müxalifəti Amerikanın 2018-ci ildə nüvə anlaşmasından çıxmasına səbəb oldu. O, həmçinin iddia edib ki, sionist rejimin hazırkı hökumətinin sükutu, bu rejimin İranın nüvə saytlarına qarşı ehtimal edilən gələcək addımlarının legitimliyinin çətinliklə üzləşməsinə bais olacaq.

Netanyahu sonra Rusiyanın Vyanada sanksiyaların götürülməsi müzakirələrindəki nümayəndəsi Mixail Ulyanovun müsahibəsinə istinadla deyib: Rusiyanın İranın nüvə müzakirələrindəki nümayəndəsi Ulyanov bu həftə belə dedi: İranlılar istədiklərindən daha çoxunu əldə ediblər. Onlar şir kimi hər söz və hər vergül üstündə mübarizə aparırlar. Bəs bizim başmızıa nə gəlir? Heç kim döyüşmür. İranlılar döyüşürlər, amma Bennet-Lapid və Qants dovşan kimi təslim olurlar. Həqiqət açıq və aşkardır: Hazırkı hökumət nüvə İranı ilə yola gəlməkdədir və “İsrail”in gələcəyini təhlükəyə salır.

 

Teqlər