Zelenski: Bundan sonra NATO-ya yalvarmayacağam
https://azeri.sahartv.ir/news/dünya-i386698-zelenski_bundan_sonra_nato_ya_yalvarmayacağam
Ukrayna prezidenti ölkəsinin NATO-ya üzv olmaqdan vaz keçdiyinə eyham vurub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2022 12:01 Asia/Baku
  • Zelenski: Bundan sonra NATO-ya yalvarmayacağam

Ukrayna prezidenti ölkəsinin NATO-ya üzv olmaqdan vaz keçdiyinə eyham vurub.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Zelenski “ABC Nyus” telekanalına müsahibəsində deyib ki, NATO-ya diz çöküb yalvarmayacaq. 

Onun sözlərinə görə, NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil. Belə bir şəraitdə Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq. "Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”, - deyə Vladimir Zelenski bildirib.