Ukrayna Britaniya kəşfiyyatının nəzarətindədir
Britaniya kəşfiyyatının bildirdiyinə görə Kiyevin şimal-qərbində döyüşlər hələ də davam edir, Rusiya Ordusu heç bir mühüm irəliləyiş əldə edə bilməyib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Xarkov, Çerniqov, Sumı və Mariupol şəhərləri Rusiya Ordusunun mühasirəsində qalır və bu şəhərlər Rusiya tərəfindən ağır atəşə məruz qalmağa davam edir.
"Görünən odur ki, Ukrayna Hava Hücumundan Müdafiə Sistemi Rusiyanın müasir döyüş təyyarələrinə qarşı əhəmiyyətli uğur qazanıb və onların havaya istənilən dərəcədə nəzarət etməsinə mane olub", məlumatda qeyd olunub.
Ukrayna-Rusiya müharibəsi başlandıqdan sonra qərb dövlətlərinin bu ölkəyə müdaxilələri geniş vüsət almışdır.