Mart 11, 2022 15:01 Asia/Baku

Aİ-nın martın 10-11-də Versalda (Fransa) keçirilən qeyri-rəsmi sammiti çərçivəsində qəbul edilən qərara əsasən Ukraynanın bu ittifaqa üzvlüyünə namizəd statusunun verilməsindən söhbət gedə bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, sammitin yekun qətnaməsində Rusiyadan hərbi əməliyyatları dayandırmağı, Ukraynanın bütün ərazisindən dərhal və qeyd-şərtsiz bütün qüvvə və hərbi texnikanı çıxarmasını, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə tam hörmət etməyi tələb olunub.Bundan əlavə, sənəddə Ukraynaya Avropaya inananaaq özünü çətin duruma saldığına görə təşəkkür ifadə olunur.   “Biz Rusiyanın hücumu bitdikdən sonra demokratik Ukraynanın bərpasını dəstəkləməkdə qərarlıyıq”,- deyən Aİ rəhbərləri Ukraynanın indiki durumunda öz məsuliyyətlərindən beləcə yayınıblar. Sammitin yekun sənədində Ukraynaya dolayısı ilə müharibəni davam etdirməsini təlqin edən yardımlara da toxunulub. “Aİ və onun üzv dövlətləri bütün qaçqınlara və onları qəbul edən ölkələrə həmrəylik nümayiş etdirməyə və humanitar, tibbi və maliyyə yardımı göstərməyə davam edəcəklər”, - yekun sənəddə qeyd olunur.

Teqlər