Rusiya dumasının Zelenski üçün şərtləri
-
Ukrayna prezidenti
Rusiya dövlət duması Ukrayna prezidenti Vladimir Zelenskidən altı vacib cəhət və şərti icra etməyi istəyib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya dövlət dumasının Krım yarımadasından olan deputatı, Mixail Şeremet deyib: Əgər Vladimir Zelenski hələ doğrudan da Ukraynanın gələcəyilə maraqlanırsa, onda altı mühüm cəhəti icra etməyə borcludur. Bunlar ibarətdirlər; neonasistlərin aradan götürülməsi, Ukraynanın tərki-silahı, ölkənin əsas qanununda tərəfliszlik vəziyyətinin qeyd olunması və Ukrayna vətəndaşlarının əksər hissəsinin danışdığı rus dilinin rəsmən tanınması. Həmçinin Zelenski Rusiyanın Krım yarımadasını, eləcə də Donetsk və Luqansk respublikalarını rəsmən tanımalıdır.
Mixail Şeremet bildirib ki, Ukrayna Rusiyanın və onun vətəndaşlarının təhlükəsizliyini hədələyəcək bir ölkə olmamalıdır.
Rusiya bundan qabaq bildirmişdi ki, bu ölkənin Ukraynadakı əməliyyatı müharibənin başlanması demək deyildir, bəlkə bir dünya səviyyəli savaşın qarşısını almaq istiqamətində atılan addımdır.