Rusiya ilə münasibətlərin genişləndirilməsi İran üçün önəmlidir
İranın xarici işlər naziri deyib ki, hər hansı beynəlxalq hadisə bir yana qalsın, Rusiya ilə münasibətlərin genişləndirilməsi İran üçün önəmlidir.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş məqsədilə bir nümayəndə heyətilə bu gün günortaçağı Moskvaya daxil olan Hüseyn Əmir-Abdullahian Rusiya xarici işlər nazirliyində bu ölkənin xarici işlər naziri ilə görüşüb.
Moskvada olmasından məmnunluq ifadə edən Əmir-Abdullahian qeyd edib ki, İrana qarşı sanksiyaların ləğvi istiqamətində bir anlaşmaya yaxınlaşmağa kömək üzrə Rusiyanın Vyanadakı müzakirə heyətinin konstruktiv səylərinə görə təşəkkür edirik.
İranın xarici işlər naziri həmçinin deyib: Bu gün Ukrayna, Əfqanıstan, Yəmən, Suriya və Fələstindəki hadisələr və digər məsələlərlə bağlı dialoq aparıb, məşvərət etməyimiz üçün yaxşı fürsətdir.
Vyana müzakirələrinin yekunlaşmaqda olduğunu diqqətə çatdıran Rusiyanın xarici işlər naziri də deyib ki, İran-Rusiya ticarət əlaqələri rekord vurub və ötən il səksən faizlik bir artıma malik olubdur.
İranın xarici işlər naziri həmçinin Moskvaya daxil olarkən deyib ki, istər Ukraynada olsun, istərsə də Əfqanıstanda, Yəməndə və ya dünyanın hər bir nöqtəsində müharibəni pisləyirik. Bildirib ki, İran Ukrayna məsələsinin siyasi həll yolu üzərində təmərküzləşibdir.