Mart 19, 2022 14:25 Asia/Baku
  • Ağ Ev Pekinə Rusiyaya yardımın nəticələri barədə xəbərdarlıq edib

Ağ Ev bir bəyanat yayaraq, Pekinin Ukrayna məsələsində Rusiyanı dəstəkləməsinin nəticələri barədə xəbərdar edib.

SəhərAzəri-nin məlumatına əsasən, ABŞ və Çin prezidentlərinin video görüşü Rusiya-Ukrayna müharibəsinin kritik vaxtında baş tutub.

ABŞ rəsmilərinin dediyinə görə, Çin Rusiyaya hərbi və ya maddi yardım etməyi düşünür və əgər Pekin Rusiyaya yardım etmək qərarına gələrsə, onun Qərblə münasibətləri uzun müddət gərginləşəcək.

ABŞ prezidenti Co Bayden ümid edirdi ki, bu dialoqda o, Si Cinpin-ə Ukrayna müharibəsində Rusiyaya hərbi və ya maddi yardımının mənfi tərəflərini aydınlaşdıra biləcək.

"İRNA"nın məlumatına görə, Ağ Ev bir bəyanatda bildirib ki, ABŞ prezidenti Co Bayden cümə günü Çin lideri Si Cinpinə Pekinin Rusiyanən Ukraynaya müdaxiləsinə maddi dəstək verməsinin nəticələrinin nə olacağını izah edib. 

Bəyanatın digər bir hissəsində bildirilir ki, iki prezident açıq əlaqə xətlərinin saxlanmasının vacibliyi barədə razılığa gəliblər

Ağ Ev əlavə edib: "ABŞ və Çin prezidentləri öz komandalarına qarşıdakı bu kritik dövrdə bugünkü dialoqun nailiyyətlərini izləməyi tapşırıblar".

Donbas bölgəsi rəsmilərinin Rusiyadan əməkdaşlıq müqavilələri çərçivəsində hərbi yardım tələbindən sonra, Rusiya prezidenti Vladimir Putin fevralın 24-də bu ölkə xalqına etdiyi müraciətdə bu bölgədə hərbi əməliyyatın başlandığını bildirib.

Vladimir putin hərbi əməliyyatdan məqsədin Ukraynanı demilitarizasiya və denasifikasiya etmək olduğunu bildirib. 

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Vaşinqton və onun müttəfiqləri, o cümlədən Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə reaksiya göstəriblər. 

Teqlər