Arkanzas ştatında atışma
Mart 21, 2022 08:03 Asia/Baku
ABŞ polisi Arkanzasda əhaliyə tərəf atəşin açıldığı və azı bir nəfərin öldürüldüyünü bildirib.
Amerika rəsmiləri şənbə gecəsi Arkanzas ştatındakı avtomobil sərgilərindən birinin kənarında bir neçə uşaq da daxil olmaqla azı 24 nəfərə atəşin açıldığını bildiriblər. Polis yaralıların sayı barədə bir məlumat verməyibdir.
Axşam saat yeddi radələrində baş verən atışma yerli əhalini təşvişə salıb. Yerli polisə kömək məqsədilə Arkanzasın hökumət qüvvələri hadisə yerinə göndəriliblər.
Arkanzas polisi atışmada şübhəli bilinən azı bir nəfərin həbs olunduğunu desə də, şahidlər hücum edənlərin sayının bir nəfərdən çox olduğunu bildiriblər.
Hələlik öldürülmüş şəxsin və atışmanı törədənlərin kimlikləri müəyyən edilməyib. Polis məlumat toplamaqla məşğuldur.