Son Ukrayna olayları
https://azeri.sahartv.ir/news/dünya-i387150-son_ukrayna_olayları
İnformasiya mənbələri dünən axşam saatlarında Ukrayna paytaxtında bir neçə partlayışın baş verdiyini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2022 08:06 Asia/Baku
  • Son Ukrayna olayları

İnformasiya mənbələri dünən axşam saatlarında Ukrayna paytaxtında bir neçə partlayışın baş verdiyini bildiriblər.

Kiyev meri Vitali Klıçko iddia edib ki, Podolski rayonundakı partlayışlar ticarət və yaşayış binalarında baş verib. Bu hücumlar zamanı azı bir nəfər ölüb.

Rus mənbələr bildiriblər ki, bu ölkə ordusu Xəzər dənizində yerləşən gəmilərindən Ukraynanın şərqindəki hədəflərə sarı bir neçə kruz raketi atıbdır.

Rusiyanın müdafiə nazirliyi dünən bildirib ki, bu ölkənin qüvvələri «Kinjal» tipli hipersonik raket sistemindən Ukraynanın hərbi obyektlərinin bombalanmasında istifadə ediblər və Jitomirdə yerləşən bir təlim mərkəzinin dəqiq şəkildə bombalanması zamanı yüzdən çox xüsusi təyinatlı Ukrayna qüvvəsi məhv edilibdir.

Rusiya müdafiə nazirliyi qeyd edibdir ki, bu raketlər Qara və Xəzər dənizlərində yerləşən gəmilərdən atılıbdır.

Nazirliyin sözçüsü bildiribdir ki, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatların başlanmasından bəri Rusiya silahlı qüvvələri qarşı tərəfin bütövlükdə 207 PUA-sı, 1467 tankı, 148 çoxməqsədli minaatanı, 573 topu və səhra mərmisi və 1262 xüsusi hərbi avtomobilini məhv ediblər.

Ukrayna prezidenti Vladimir Zelenski də dünən gecə öz gündəlik video-müraciətində «Rusiyanın bir məktəbdəki mülkilərə hücumu» adlandırdığı məsələni pisləyib.

Zelenskinin iddiasına görə, Rusiya yüzlərlə mülkinin sığındığı bir məktəbi bombardman edibdir.

Ukrayna prezidenti eyni zamanda, müharibəyə son qoymağın yeganə yolunu, öz rus həmkarı Vladimir Putinlə birbaşa müzakirə adlandırıbdır.

SON UKRAYNA OLAYLARI