Mart 23, 2022 12:24 Asia/Baku
  • Rusiya NATO-nun müharibə cinayətlərini xatırlatdı

Rusiyanın ABŞ-dakı səfiri ölkəsinə qarşı müharibə cinayətləri ittihamına cavab olaraq NATO-nun müharibə cinayətlərini xatırladıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Pentaqonun sözçüsü Con Kirbinin Rusiya Silahlı Qüvvələrinin Ukraynada törətdiyi iddia edilən müharibə cinayətləri ilə bağlı bəyanatlarını şərh edərkən belə deyib: “Amerika Müdafiə Nazirliyi NATO və onun müttəfiqlərinin təyyarələrinin İraq, Liviya və Yuqoslaviya şəhərlərini necə bombaladığını artıq unudub”.

“Təəssüf ki, Pentaqon ABŞ və onun NATO müttəfiqlərinin birbaşa efirlərdə havadan Yuqoslaviya, İraq, Liviya şəhərini bombaladığını unudub. Vaşinqtonda bu dəhşətli cinayətlər xatırlamırlar. ABŞ hərbçilərinin Əfqanıstandakı Suriyadakı və muzdlulara qarşı cinayətləri unudulub”, - deyə səfirliyin mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.

Teqlər