İngiltərədə koronavirusun pik həddində məktəblər və universitetlər açıqdır
İngiltərədə məktəblət və əksər universitetlərdə cari tədris ilinin əvvəlindən yəni ötən sentyabr ayından etibarən dərslər əyani şəkildə keçirilir.
SəhərAzəri-nin məlumatına əsasən, İngiltərədə məktəblət və əksər universitetlərdə cari tədris ilinin əvvəlindən yəni ötən sentyabr ayından etibarən dərslər əyani şəkildə keçirilir və 24 mindən çox məktəbdə 9 milyona yaxın şagird siniflərdə iştirak edib.
İngiltərədə məktəblər və universitetlər elə bir halda açıldı ki, koronavirusun Delta variantının geniş yayılması fonunda ölənlərin sayı son altı ayın ən yüksək həddinə çatmışdı və gün ərzində 200 nəfər həyatını itirirdi və 30 mindən çox insanın koronavirusa yoluxması qəti şəkildə təsdiqlənirdi. lakin əksər şagirdlərin valideynləri sağlamlıq qaydalarına riayət olunma şərti ilə məktəblərin yenidən açılması ilə razı idilər.
İngiltərə rəsmiləri də vurğulayırlar ki, siniflər heç vaxt bağlanmamalı və elm və biliyə yiyələnmə dayandırılmamalıdır və şagirdlər səhiyyə qaydalarına lazımi diqqət yetirməklə, sinif otaqlarının qapı və pəncərələrini açıq qoyaraq, məktəblərdə iştirak etməlidirlər.
İngiltərə hökuməti həmçinin, bir ay əvvəldən bütün koronavirus məhdudiyyətlərini, hətta sinif otaqlarında maskalardan məcburi istifadəni aradan qaldırıb.
Rəsmi hesabatlar göstərir ki, son həftələrdə İngiltərədə hər gün orta hesabla 100 min yeni yoluxma faktı və 180 ölüm hadisəsi qeydə alınır. Məktəblər və universitetlər isə hələ də açıqdır.