Sergey Şoyqu:
Ukraynada xüsusi əməliyyatın birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib
-
Şoyqu
Rusiyanın xarici işlər naziri bildirib ki, Ukraynada “xüsusi hərbi əməliyyat”ın birinci mərhələsinin əsas tapşırıqları yerinə yetirilib və Rusiya Donbas bölgəsinin azad edilməsindən sonra əsas diqqətini Ukraynanın şərqinə yönəldəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Sergey Şoyqu deyib: Ukrayna silahlı qüvvələrinin döyüş potensialı əhəmiyyətli dərəcədə azalıb və bu, bizə əsas diqqətimizi əsas məqsədə yəni Donbasın azad edilməsinə yönəltməyə imkan verir".
Şoyqu Ukraynanın hava qüvvələri və hava hücumundan müdafiə sisteminin praktiki olaraq, məhv edildiyini və Rusiya əməliyyatı başlayandan sonra bu ölkənin dəniz qüvvələrinin artıq mövcud olmadığını bildirib və Ukraynada xüsusi hərbi əməliyyatın qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcəyini vurğulayıb.
Nazir, həmçinin Qərbin Ukraynaya ölümcül silahlar göndərmək qərarını da pisləyib və onu məsuliyyətsizlik adlandırıb.