Rusiyada 134,5 min çağırışçı hərbi xidmətə yollanacaq
Mart 31, 2022 13:23 Asia/Baku
Rusiya prezidenti Vladimir Putin yaz hərbi xidmətinə çağırış haqqında fərman imzalayıb. RİA Novosti xəbər verir ki, bu barədə müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
SəhərAzəri-nin məlumatına görə Fərmana əsasən, 134,5 min nəfər Rusiya Federasiyasının Silahlı Qüvvələrinə xidmətə cəlb olunacaq.
Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu qeyd etmişdi ki, bu yaz çağırışı bir ildən az olacaq.
Sənəddə həmçinin “hərbi xidmət müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin hərbi xidmətdən xaric edilməsinin” həyata keçirilməsi tapşırılıb.
Bu fərman rəsmi dərc edildiyi gündən, martın 31-dən qüvvəyə minir.