Apr 02, 2022 11:45 Asia/Baku
  • Pentaqon Ukraynanı silahlandırmaqda davam edir

Birləşmiş Ştatlar Ukraynaya hərbi sahədə daha 300 milyon dollar yardım göstərəcək, cümə günü axşam saatlarında Pentaqonun nümayəndəsi bu barədə bildirib.

SəhərAzəri-nin məlumatına görə, Ukraynanı Rusiya ilə hesab çürütmək meydanına çevirən ABŞ Müdafiə Nazirliyinin bəyanatında belə iddia olunur :"Bu qərar Amerikanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini, Rusiyanın təcavüzünü dəf etmək üçün qəhrəmanlıq səylərinin dəstəkləndiyini göstərir".

Pentaqonun mətbuat katibi Con Kirbi hərbi yardımın növbəti partiyasının təfərrüatını da açıqlayıb. Buraya lazerlə idarə olunan raket sistemləri və müxtəlif tipli PUA-lar daxildir.

Bayden administrasiyası hakimiyyətə gəldikdən bəri Vaşinqton Ukraynaya hərbi sahədə 2,3 milyard dollardan çox, o cümlədən Rusiyanın hücumu anından hərbi sahədə 1,6 milyard dollardan çox yardımı edib.

"Birləşmiş Ştatlar Rusiyanın təcavüzü qarşısında Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün bütün vasitələrdən istifadə etməyə davam edəcək", -Pentaqon bildirib.

Teqlər