İran Danimarka polisinin kobud rəftarına etiraz edib
-
İranın Kopenhagendəki səfiri
İranın Kopenhagendəki səfiri Danimarka polisinin iranlı mühacir qadınla təhrikedici və kobud rəftarına etiraz edib.
SəhərAzəri-nin məlumatına əsasən, Cümə axşamı günü sosial şəbəkələrdə müəyyən videoçarxlar yayıldı. Videoçarxlarda görünür ki, Danimarkanın immiqrasiya polisi məmurlarından bir qrupu bir iranlı mühacir qadının həmin ölkədən çıxarılması hökmünü icra etmək üçün onu uşaqlarının gözləri önündə dəhşətli surətdə döyür/ və susdurmaq və hava limanına köçürmək üçün insanlığa sığmayan bir hərəkətdə ona anesteziya dərmanı aşılayırlar.
İran İslam Respublikasının Danimarkadakı səfiri Əfsanə Nadipur cümə günü bu qeyri-insani hərəkətlə bağlı rəsmi nota göndərməklə etiraz edib. O, Danimarka Xarici İşlər Nazirliyinin, həmçinin bu ölkənin immiqrasiya və konvergensiya idarəsinin məsul şəxslərilə görüşdə İran dövlətinin etirazını onlara elan edib.
Görüşdə bu kimi rəftarın İran İslam Respublikasının xalqı və rəsmilərinin narazılığına səbəb olduğunu bildirən İranın Kopenhagendəki səfiri Danimarkanın məsul şəxslərindən nalayiq hərəkətin amillərilə ciddi rəftar/ və həmin hərəkətə görə üzrxahlıq edilməsini tələb edib.