Makron və Makkenzigeyt biabırçılığı
Fransada prezident seçkilərinin birinci etapına bir neçə gün qalmış Makkenzigeyt adlı maliyyə işinin açılması Emmanuel Makrona yeni bir biabırçılıq gətirib.
SəhərAzəri-nin məlumatına əsasən, Fransa senatının təhqiqatlarından sızan məlumata görə, hökumətinin, dünyada idarəetmə üzrə ən iri müşavirə şirkətlərindən olan Makkenzi adlı amerikan nəhəngi də daxil olmaqla özəl müşavirə şirkətlərində ümumi puldan azadcasına və qanunsuz şəkildə istifadə etməsi səbəbindən, Fransa prezidenti Emmanuel Makron qanun pozucusudur.
Makron bugünkü təbliğat səfərində bu məsələni kəskin tərzdə təkzib edib. Deyib ki, bunlar korona böhranının idarə olunması üçün çəkilmiş xərclərdəndir.
Amma Makronun qarşıdan gələn seçkilərdəki on bir rəqibi onun milyardlıq və bahalı müşavirə xərclərini hökumət rüsvayçılığı, bəziləri isə cinayət hesab edirlər. Onlar ümid edirlər ki, bu məsələ, Makronun Ukrayna savaşı hesabına sıçrayış göstərmiş üstünlüyünü azaldacaq. Bu üstünlük indi yavaş-yavaş azalmaqdadır. Bununla belə, ümumi fikrin böyük bir hissəsi Emmanuel Makronu qarşıdakı beş il üçün Fransanın prezidenti hesab edir.
Son rəy sorğularına əsasən, Emmanuel Makron 28 və Marin Lüpen 21 faiz səslə böyük ehtimala qarşı seçkilərin ikinci etapına çıxacaqlar.
Siyasi analitiklərin sözlərinə görə, Makkenzigeyt biabırçılığı hərçənd Makronun əl-ayağına dolaşacaq, amma fransızların zehinlərində ötən ay, keçən əsrin 80-ci onilliyindəki səviyyədən daha yüksək həddə çatmış spiralvari inflyasiya, yanacaq bahalaşması və ailə xərci də daxil olmaqla bir çox digər mühüm suallar var.
Bununla belə, belə bir dəyərləndirmə mövcuddur ki, prezident seçkilərinin birinci etapına çıxan son günlərdə Makkenzigeyt biabırçılığı Makronun səslərinin tənəzzülünə bais olmaqda davam edəcək.