Zelenski: Rusiya qüvvələri Ukraynanın şimalından çıxmaqdadırlar
https://azeri.sahartv.ir/news/dünya-i387543-zelenski_rusiya_qüvvələri_ukraynanın_şimalından_çıxmaqdadırlar
Ukrayna prezidenti deyib ki, Rusiya qüvvələri Ukraynanın şimalından çıxmaqdadırlar, amma bu proses yavaş-yavaş həyata keçir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2022 15:28 Asia/Baku
  • Zelenski
    Zelenski

Ukrayna prezidenti deyib ki, Rusiya qüvvələri Ukraynanın şimalından çıxmaqdadırlar, amma bu proses yavaş-yavaş həyata keçir.

SəhərAzəri-nin məlumatına əsasən, Biz Krım yarımadası məsələsi barədə danışıqlara hazırıq-deyə, bu gün səhər saatlarında Foks-Nyus-a müsahibə verən Vladimir Zelenski söyləyib: Böyük ölkələrdən təhlükəsizlik zəmanətləri almağa ehtiyac duyuruq və Krım yarımadasının işğalına diplomatiya yolu ilə son qoyulmalıdır.

Ukrayna prezidenti əlavə edib: Moskvanın daha çox silahı var; özümüzü müdafiə etmək üçün bizə qırıcı verilməlidir.

Zelenski deyib: Ukraynanın şərqində vəziyyət çox ağır olmaqda davam edir. Rusiya Donbas və Xarkovda yeni hücumlara hazırlaşır.

Ukrayna prezidenti ümidvarlıq edib ki, Çin bu ölkənin tərəfini saxlayacaq.

Qərbin Rusiya əleyhinə sanksiyalarının təsirli olduğunu bildirən Zelenski bu sanksiyaların daha da şiddətləndirilməsini istəyib.

Bundan öncə Ukrayna hava qoşunlarının komandanı general-mayor Nikalay Aleşşuk(Nikolay Oleşşuk) demişdi ki, öz hava taktikalarını dəyişən Rusiya qüvvələri əsas fəaliyyətlərini Ukraynanın şərqində təmərküzləşdiriblər.