Rusiya razılıq verib, Krım istisna olmaqla...
https://azeri.sahartv.ir/news/dünya-i387567-rusiya_razılıq_verib_krım_istisna_olmaqla...
Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri bildirib ki, qarşı tərəf ümumilikdə Kiyevin təklif etdiyi müqavilənin şərtlərini qəbul etməyə hazırdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2022 06:04 Asia/Baku
  • Rusiya razılıq verib, Krım istisna olmaqla...

Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri bildirib ki, qarşı tərəf ümumilikdə Kiyevin təklif etdiyi müqavilənin şərtlərini qəbul etməyə hazırdır.

SəhərAzəri-nin məlumatına əsasən, David Araxamiya bu bar'd' deyib:  "İstanbulda mövqeyimizi açıqladıq. Prinsipcə, Rusiya Federasiyası artıq öz rəsmi cavabını verib, o da bundan ibarətdir ki, Krım məsələsi istisna olmaqla bizim təklif etdiyimiz bu mövqeyi qəbul edirlər. Kuleba bildirdi ki, hələ rəsmi təsdiq yoxdur. O, bunun yazılı şəkildə olmasını gözləyir”.

Deputat vurğulayıb ki, Rusiya Ukraynanın təkliflərinə şifahi razılıq verib: “İndi tərəflər müqavilələrin hüquqi baxımdan rəsmiləşdirilməsi üzərində işləyəcəklər”.

Araxamiya qeyd edib ki, görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir. İndi qrupların vəzifəsi sənədin özünün deyil, artıq toxunulmuş məsələlərin yekun mərhələsini işləyib hazırlamaq və prezidentlərin mümkün görüşünü hazırlamaqdır.

Ukrayna üçün təhlükəsizlik təminatlarına gəlincə, potensial qarantlarla aktiv məsləhətləşmələr aparılır. Rəsmi olaraq, üç NATO ölkəsi artıq Ukraynanın təklif etdiyi formatda zəmanət verməyə razılaşıb. Bunlar Türkiyə, Almaniya və İtaliyadır.

Öz növbəsində Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna tərəfi Ukraynanın neytral və qeyri-nüvə statusu ilə bağlı məsələlərə münasibətdə daha realist olub, bununla belə Rusiyanın Krım və Donbasla bağlı mövqeyi dəyişməzdir.

Medinski həmçinin bildirib ki, müqavilənin mətni üzərində ekspertlər və nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində iş bazar ertəsi bərpa olunacaq.