Rusiyadan Belarusa qətiyyətli dəstək
-
Rusiya + Belarus
Kremlin sözçüsü bildirib ki, Rusiyanın Belarusa hərbi dəstəyi hərcəhətli və mükəmməldir və Moskva Minskə qarşı hər hansı hücumu Moskvaya qarşı hücum hesab edəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov sonra belə qeyd edib: Biz müdafiə məsələlərindəki qarşılıqlı öhdəliklər altında, birincisi, öz ittifaqımız çərçivəsində, ikincisi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiq olmuşuq.
Rusiya və Belarusun bir-birinə olan qarşılıqlı himayələrinə toxunan Peskov vurğulayıb ki, bu məsələdə heç bir şübhə yoxdur.
Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiyanın Ukraynaya hərbi hücumda məqsədi, 2014-cü il razılaşmalarına əsasən, Donetsk və Luqanskın istiqlaliyyətlərinin qaytarılmasıdır.
Peskov deyib: Rusiya Ukraynada rasist düşüncələrə son qoymağa və rus dilinin bu ölkədə öz yerini yenidən tutmasına çalışır.
Kremlin sözçüsü əlavə edib: Moskva Belarusda Kiyevlə müzakirələri davam etdirmək istəsə də, Ukrayna bunu istəmir.