Kremlin mətbuat katibi Qərbə xəbərdarlıq etdi
Ukraynanı silahlarla doldurmaq danışıqlara mənfi təsir göstərəcək
Apr 07, 2022 14:58 Asia/Baku
Rusiya Prezidentinin mətbuat katibi Ukraynanın Qərbdən gələn silahlarla doldurulmasının danışıqlar prosesinə mənfi təsir edəcəyini açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov deyib ki, Ukraynanı müxtəlif formatlarda silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarında uğur qazanmağa kömək etmir. Təbii ki, bu, böyük ehtimalla mənfi təsirini göstərəcək.
Prezident Putinin G20 sammitində iştirak etməməsinə dair Qərbin mövqeyinə gəlincə, Peskov qeyd edib ki, Rusiya bu məsələdə təşkilatçı ölkə olan İndoneziyanın qərarına baxacaq.
Kremlin sözçüsü sanksiyalar məsələsinə də toxunub və deyib ki, Rusiyaya qarşı sanksiyalar Qərbin azğın siyasi xəttinin davamıdır, buna cavab veriləcək.