Apr 07, 2022 15:19 Asia/Baku
  • İmran Xan
    İmran Xan

Pakistanın baş naziri Amerikanı onun kənarlaşdırılması üzrə fitnəkarlıqda ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən, Parlament və hökumətin buraxılması ilə nəticələnən ötən bazar günü Pakistanda baş verən sürətli hadisələrin ardınca parlament və hökumətin tabeliyində olan bir çox orqan və təşkilatın fəaliyyəti qaranlıq bir vəziyyətə düşüb.

Parlament və hökumətin buraxılmasından sonra Pakistanın baş naziri İmran Xan bu ölkə prezidentinin məktubuna cavabda Pakistan ali məhkəməsinin sabiq sədri Gülzar Əhmədi bu ölkənin müvəqqəti baş naziri vəzifəsinə təqdim edib.

İmran xan bir tvitt-də bildirib ki, o, müstəqil xarici siyasətinə, istiqlaliyyət tərəfdarı olmasına və ölkəsinin ərazisində xarici bazanın yaradılması ilə razılaşmamasına görə, kənarlaşdırılmaq üzrə Amerikanın fitnəsinin hədəfinə çevrilib.

İmran xan Pakistan xalqını birliyə və düşmənlərin fitnələrilə mübarizəyə çağırıb.

 

Teqlər