Ukraynanın iddiası rədd edilib
Apr 08, 2022 17:17 Asia/Baku
-
Ukrayna
Rusiya müdafiə nazirliyi Kiyevin, Ukraynanın Kramatorsk şəhər dəmiryolu stansiyasına rus raketinin atılmasına dair iddiasını rədd edib və onu təhrikedici bir iddia adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya müdafiə nazirliyi həmçinin bildirib ki, bu ölkənin silahlı qüvvələri bu gün Kramatorsk şəhərində heç bir tapşırıq yerinə yetirməyiblər.
Nazirlik vurğulayıb: Qəlpələri Kramatorsk şəhər dəmiryolu stansiyasının yaxınlığında tapılmış «Toçka-U» ballistik raketləri yalnız ukraynalı qüvvələr tərəfindən istifadə olunur.
Rusiya müdafiə nazirliyi qeyd edib ki, Ukrayna ötən ay da bu raketdən istifadə ilə Donetsk şəhərinin mərkəzini hədəfə almışdı.
Teqlər