Bayden Rusiyadan enerji idxalını qadağan edən qanunu imzalayıb
ABŞ Prezidenti Co Bayden Ukraynada davam edən müharibə fonunda Rusiya və Belarusla normal ticarət münasibətlərinin dayandırılmasını nəzərdə tutan, həmçinin Rusiyadan enerji daşıyıcılarının idxalını qadağan edən qanun layihələrini imzalayıb.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. ABŞ administrasiyasının geniş yayılmış bəyanatına görə, söhbət Rusiya Federasiyasından enerji tədarükünü qanuni olaraq qadağan edən "Rusiya neftinin idxalının dayandırılması haqqında qanun"dan, habelə kommersiya sahəsində məhdudiyyətlərin daha da sərtləşdirilməsinə yönəlmiş "Rusiya və Belarus ilə normal ticarət əlaqələrinin dayandırılması haqqında qanun"dan gedir.
Ağ Ev cümə günü bir bəyanatda bildirib ki, bu qanunlar Rusiya və onun müttəfiqi Belarusa qarşı ticarət və insan haqları sanksiyalarının sərtləşdirilməsinə yönəlib.
Bu qanunlar ABŞ Konqresi tərəfindən heç bir müxalifət olmadan təsdiq edilib və ABŞ prezidentinin imzasından sonra həyata keçiriləcək.
Bu qanun ABŞ administrasiyasına Ümumdünya Ticarət Təşkilatının üzvü olan digər ölkələrlə müqayisədə Rusiya və Belarus məhsullarına daha yüksək rüsumlar tətbiq etməyə imkan verəcək.
ABŞ Konqresi, həmçinin Rusiyadan neft, kömür və təbii qaz daxil olmaqla enerji idxalına qadağa qoyub.