Apr 11, 2022 12:27 Asia/Baku
  • Zelenskinin adamı Ukraynanı yeni İsrail adlandırdı

Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç qəribə bir açıqlamada Ukraynanı yeni İsrail adlandırıb və Rusiya ilə müharibənin 2035-ci ilə qədər davam edə biləcəyini deyib.

SəhərAzəri-nin AXAR.AZ-a istinadən verdiyi məlumata görə, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç hazırkı vəziyyəti İsraillə ərəblər arasındakı müharibə ilə müqayisə edərək Ukraynanın yəhudilər tərəfindən işğal ediləcəyi və yerli sakinlərin ölkədən qovulacağını anons etmiş olub. 

“Budur yeni İsrail. Yalnız miqyası daha böyük və qorxuludur”,- deyə Arestoviç bildirib.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri deyib: 2035-ci ilə qədər bizdə bir neçə hərbi toqquşma olacaq. Bu, hər iki və bəlkə də beş ildən bir toqquşma deməkdir. Və hər yeddi-səkkiz ildən bir böyük toqquşmalar ola bilər.

Ukraynanı böyük bir kazarma elan edən Aleksey Arestoviç belə bir ssenariyə hazır olmayan vətəndaşlara Ukraynanı tərk etməyi məsləhət görüb.

“Buna hazır olmayanlar, necə yaşayıb uşaq böyüdəcəklərini bilməyən insanlar xaricə gedə bilər. Budur yeni İsrail. Yalnız miqyası daha böyük və qorxuludur.

Aleksey Arestoviç-in bu sensasion açıqlaması Ukraynanın yerli əhalidən boşaldılması və sionistlər tərəfindən işğal edilməsi planı barədə ciddi şübhələrə səbəb olub.

Teqlər