Apr 13, 2022 15:01 Asia/Baku
  • Pakistan
    Pakistan

Pakistanın kənarlaşdırılmış baş naziri İmran Xanın himayədarları ona dəstək istiqamətində bu ölkə boyunca aksiya keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Pakistan xalqının İmran Xanı himayə etməsinin davamında milyonlarla nəfər paytaxt İslamabad da daxil olmaqla bu ölkə boyu bir daha küçələrə çıxıb. Onlar Pakistanın kənarlaşdırılmış baş nazirinə dəstək və Amerikaya qarşı şüarlar veriblər.

Pakistanda bir həftə siyasi gərginlikdən sonra Bütün Hindistan Müsəlman Liqası Partiyasının Nəvaz qolundan olan Şahbaz Şərif bazar ertəsi günü bu ölkənin iyirmi üçüncü baş naziri seçildi.

Təhrik-i İnsaf Partiyasının bütün parlament üzvləri İmran Xanın baş nazirlik vəzifəsindən kənarlaşdırılmasına etiraz olaraq, öz vəzifələrindən istefa veriblər.

Pakistanın kənarlaşdırılmış baş naziri deyib: Təhrik-i İnsaf Partiyasının üzvləri Pakistanı qarət edib, xarici qüvvələr tərəfindən parlamentə daxil edilmiş şəxslərlə bir yerdə oturmayacaqlar.

İmran Xanın mövqeyi Amerikanın xoşuna gəlmədi. Qeyd edək ki, amerikalılar İmran Xanı kənarlaşdırmaqla hədələmişdilər.

 

Teqlər